Dekabrın 21-də səhər saatlarında Füzuli rayonu Fin şəhərciyi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb.
RegionTV.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, 1984-cü il təvəllüdlü Araz Nəzərov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırması nəticəsində özü və sərnişini 1989-cü il təvəllüdlü İlkin İmdadlı hadisə yerində həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.