Niderland millisinin keçmiş baş məşqçisi Lui Van Qal karyerasını başa vurub.
RegionTV.info xəbər verir ki, bu barədə 71 yaşlı mütəxəssis özü açıqlamasında bildirib.
Qətərdə keçirilən dünya çempionatında Niderland yığmasına rəhbərlik edən çalışdırıcı yenidən məşqçilik karyerasını bitirdiyini deyib. Ancaq o, Portuqaliya millisini çalışdırmaq təklifi alarsa, bunu dəyərləndirəcəyini də gizlətməyib.
Qeyd edək ki, Niderland yığması DÇ-2022-nin 1/4 final mərhələsində Argentina millisinə məğlub olub. 2014-2016-cı illərdə “Mançester Yunayted”də çalışdıqdan sonra karyerasını bitirdiyini açıqlayan Lui Van Qal 2021-ci ildə Niderland yığmasının sükanı arxasına keçib.