Talıbovlar ailəsinin cüzi qiymətə özəlləşdirib öz təsərrüfatlarına qatdığı dövlət obyektlərindən biri də "Avtovağzal Otel"dir.
RegionTV.info xəbər verir ki, nu barədə məlumatı əslən Naxçıvandan olan ekspert Heydər Oğuz öz mənbələrinə istinadla paylaşıb.
O bildirib ki, otel 2016-cı ilə qədər dövlətin nəzarətində və balansında olub:
"2016-cı ildə otel "Nəqşicahan holdinq"in mülkiyyətinə daxil olub. Otelin hansı qiymətə hərraca çıxarıldığını isə bilən yoxdur".
Ekspert analoji "özəlləşmənin" Diaqnostika Mərkəzinə də aid edildiyini vurğulayıb:
"Bu mərkəz 100 min manata özəlləşdirilmişdi. Yəqin ki, otel bundan daha aşağı qiymətə mənimsənilib".
Qeyd edilib ki, otellə bərabər, ətrafındakı 15 mağaza da özəlləşdirilib:
"Mənbənin sözlərinə görə, bu obyetlərin təkcə 2022-ci ildə 458 min 350 manatlıq dövriyyəsi olub və gəlirlər vergidən yayındırılıb".