Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

”Bu dəyişiklik məmurların gəlir və xərclərinə nəzarət etməyə imkan verəcək”



Qulamhüseyn Əlibəyli: “Bu nəzarət mexanizminin hələ 2004-cü ildə tətbiq edilməsi nəzərdə tutulmuşdu, amma...”


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna təklif edilən dəyişikl müzakirə edilib. Dəyişiklilk vəzifəli şəxslərin şərti maliyyə vahidinin beş min misli miqdarından yuxarı olan borcu barədə və şərti maliyyə vahidinin min mislindən yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumat verməyi nəzərdə tutur.

 

Maraqldır, bu dəyişiklik korrupsiyaya qarşı daha effektiv mübarizəyə zəmin yarada bilərmi?

 

Moderator.az-a açıqlama verən Aydınalr Partiyasının sədri Qulamhüseyn Əlibəyli, bu dəyişikliyin təqdirəlayiq olduğunuq eyd edib:

 

“Korrupsiyaya qarşı mübarizənin müxtəlif vasitələri mövcuddur. Dövlət qulluğu sahəsində, dövlət orqanlarında çalışan şəxslərlə bağlı ən gözəl nümunə onların öz maliyyə-əmlak vəziyyətləri ilə bağlı bəyannamə verməsidir. Tutaq ki, Milli Məclisdə, yaxud hansısa dövlət orqanında, yaxid Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasında bir qurum, yaxud işçi qrupu yaradılır. Vəzifəli şəxslər də öz gəlir və əmlakları ilə bağlı bəyannamə verirlər. Gələn il də bəyannamə veriləndə, bu bəyannamələri müqayisə etmək mümkün olur. Müqayisə etmək olur ki, vəzifəli şəxsin xərci və gəliri uyğun gəlir, yoxsa yox.

 

Bu, yenilik deyil. Azərbaycan qanunvericiliyində hələ 2004-cü ildə korrupsiyaya qarşı mübarizə ilə bağlı qanun qəbul ediləndə, bu qayda müəyyənləşmişdi. Amma orada bir şərt var idi. Göstərilirdi ki, əmlak və maliyyə vəziyyəti ilə bağlı məlumat vermə Nazirlər Kabinetinin müvafiq hesabat və ya məlumat formasını təsdiq edəndən sonra qüvvəyə minəcək. Hələ ki, Nazirlər Kabineti belə bir formanı təsdiq etməyib.

 

Bütün hallarda əmlak-maliyyə vəziyyəti ilə bağlı məlumatın verilməsi şəffalığın artmasına, məmurların gəlir və xərclərinin yoxlamaq imkanının genişlənməsinə gətirib çıxarır”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də