Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıya qar yağacaq? - PROQNOZ

RegionTV.info

Hazırda ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib ki, Bakıda ayın 21-i səhər saatlarından yağıntılar tədricən kəsiləcək.

G.Məmmədovanın sözlərinə görə, şimaldan hərəkət edən soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti dəyişib.

"Dağlıq ərazilərdə qar yağıb. Bu gün ərzində soyuq, küləkli, yağıntılı hava şəraiti davam edəcək. Bu gün havanın yağıntılı və soyuq keçməsi qısa müddətli olacaq. 21-i gündüz yağıntılar tədricən kəsiləcək, 22-si əksər rayonlarda yağmursuz hava şəraiti olacağı gözlənilir. Bakıda arabir yağıntılı hava şəraiti olacaq".

Gülşad Məmmədova gün ərzində paytaxta yağıntının düşəcəyini, ancaq bunun qara çevrilməyəcəyini bildirib. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də