Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan XİN-dən Ermənistana cavab - FOTO

“Ermənistan Xarici İşlər Nazirliyi Laçın yolu ilə bağlı yalan xəbərləri təbliğ etməkdə davam etdirir”.

RegionTV.info   xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə özünün tvitter səhifəsində yazıb.

Diplomat bildirib ki, Ermənistan XİN Laçın yolunun blokadası və Qarabağda yaşayan ermənilərin sayı barədə yalan məlumatlar yaymağa davam edir.

“Ancaq sosial şəbəkələrdə yayılan çoxsaylı videogörüntülərdə aydın görünür ki, avtomobillər Laçın yolundan sərbəst keçir”, - deyə o qeyd edib.

Qeyd edək ki, Ermənistan XİN, azərbaycanlı ekofəallar, QHT nümayəndələri, ictmai-siyasi fəalların Şuşa-Xankəndi yolunda keçirdiyi aksiya ilə bağlı bəyan edib ki, ekoaktivistlər Laçın yolunu bağlayıb və 120 min erməni humanitar böhranla üz-üzə qalıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də