Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Binəqədidə şəhid generalın və əsgərlərin lövhəsini kim söküb? - Şəhid atası gileyləndi...






Xəbər verdiyimiz kimi Binəqədi rayonu ərazisində Mehdiabada gedən yolda vətənsevər insanlar tərəfindən şəhidlərimizin lövhələri vurulmuşdu.

Moderator.az xəbər verir ki, bu təşəbbüs şəhid ailələrini də ürəkdən sevindirmişdi. Lakin bir neçə gün sonra həmin lövhələr kimlərsə tərəfindən ərazidən yığışdırılıb. Redaksiyamıza zəng vuran 2016-cı il Şanlı aprel döyüşlərində şəhid olan əsgər Mahir Mirzəyevin atası Sabir Mirzəyev baş verənlərə görə təəssüfləndiyini bildirib və bunu edən şəxslərin cəzalandırılmasının vacib olduğunu bildirib:

“Həmin yolda oğlum Mahirin fotosuyla yanaşı, şəhid generalımız Milli Qəhrəman Polad Həşimovun, Allahverdi Bağırovun, Mübariz İbrahimovun, Emin Bağırovun və digər şəhidlərimizin fotosu var idi. Təbii ki, bir şəhid ailəsi kimi bundan təsəlli tapırdıq. Bunu həyata keçirən və hələ də kim olduğunu bilmədiyimiz vətənsevər şəxsə də öz minnətdarlığımızı bildirmişdik. Lakin bir neçə gün sonra həmin lövhələr ərazidən yığışdırılıb. Amma bunun kimlər tərəfindən edildiyini bilmirik. Ərazi Binəqədi rayonuna aiddir. Biz ehtimal edirik ki, rayon rəhbərliyi bu lövhələri ərazidən yığışdırıb. Amma baş verənlər bizi çox məyus etdi”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də