O, bu Azərbaycan kəndinə 2011-ci ildə Suriyadan köçürülüb, Aprel döyüşlərində iştirak edib...

“Dünən sülhməramlıların başçısı gəldi və silahlarımızın təslim olunmasını tələb etdi”.
Moderator.az xəbər verir ki, işğalçı Ermənistanın “Mediaport” nəşrinin yaydığı məlumata görə, bunu dekabrın 1-dən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə keçməli olan Laçın rayonunun Zabux kəndinin qondarma və qanunsuz “mer”i, buraya 2011-ci ildə Suriyadan köçürülmüş terrorçu Andranik Çavuşyan “Facebook”-dakı video-mesajında söyləyib.

Aprel döyüşlərində də Azərbaycana qarşı döyüşlərdə iştirak etmiş həyasız erməni silahları təhvil verməkdən imtina edərək rus hərbçilər qarşısında şərt qoyub.
“... “Əgər siz bizim təhlükəsizliyimizi təmin edərsinizsə, silahlarımızı təhvil verərik”- deyə tələb etdim. Onlara qonşu kəndlərdə insanların öldürüldüyünü və qaçırıldığını xatırlatdım. Rus hərbçi də "Təhlükəsizliyinizi təmin edəcəyik" -dedi. Xahiş edirəm, bütün media nümayəndələri silahların təhvil verilmə mərasimində iştirak etmək üçün Axavnoya(Zabux kəndinə verilmiş qondarma ad-S.L.) gəlsin. Qoy rus sülhməramlıların təhlükəsizliyimizə söz verdiklərinə dair dəlillər olsun. Biz təhlükəsiz yaşamaq, torpaqlarımızı becərmək istəyirik” -deyə Azərbaycan torpağında qanunsuz məskunlaşmış suriyalı erməni bildirib.