Dünya çempionatının finalında Fransa yığmasını məğlub edən Argentina millisinin hücumçusu Lionel Messi qələbəni anası ilə birlikdə qeyd edib.
Futbolçunun anası Seliya Mariya Kuççittini oyundan sonra meydana qaçaraq oğlunu qucaqlayıb və sevincdən ağlayıb.
Həmin görüntülər sosial şəbəkələrdə maraqla qarşılanaraq paylaşılıb.
Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatında Argentina millisi Fransa yığmasını penaltilərlə məğlub edərək tarixində 3-cü dəfə mundialın qalibi olub.