Bu dəqiqələrdə rus sülhməramlılarından birinin ailə üzvləri avtomobillə Xankəndidən Laçın istiqamətinə hərəkət ediblər.
Etirazçılar sülhməramlıların keçməsi üçün hər cür şərait yaradıblar.
Bu, bir daha göstərir ki, yol humanitar məqsədlər üçün açıqdır. Etirazçılar bəyan edirlər ki, bütün mülki ermənilərin, o cümlədən dinc ermənilərin - qocaların, qadınların və uşaqların keçidi üçün bərabər şərait yarada bilərlər. Təəssüflər olsun ki, Ruben Vardanyan onları buraxmır, bura gəlməsinə mane olur və bilərəkdən saxta məlumatlar yayır ki, guya Azərbaycan tərəfi dinc əhaliyə qarşı humanitar böhran yaradır.