Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyənin “Tayfun” raketinin məsafəsi 1000 kilometrə çatdı

Türkiyənin “Tayfun” raketinin məsafəsi 1000 kilometrə çatdı

Türkiyənin "Tayfun" ballistik raketinin uçuş məsafəsi 1000 kilometrə çatıb.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

 ““Tayfun” raketinin uçuş məsafəsi 560 kilometr elan edilib. Ancaq indi mənə dedilər ki, 1000 kilometrə çatdırmışıq”, - deyə Ərdoğan bildirib.

 Oktyabrın əvvəlində keçirilən sınaqlar zamanı raket 561 km məsafə qət edib. Silah qısa mənzilli ballistik raket sinfinə aiddir və ölkənin ən uzun mənzilli raketi hesab olunur.

 Raket Türkiyənin bu sahədə ixtisaslaşmış ROKETSAN şirkəti tərəfindən istehsal edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də