Fransa prezidenti Emmanuel Makron sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib.
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının final matçında Fransa millisinin vurduğu cavab qollarına sevinən Makronun arzusu ürəyində qalıb.
Penaltilər seriyasında Argentina yığmasının qalib gəlməsi ermənipərəst prezidenti məyus edib və onun tribunada lentə alınan görüntüləri sosial şəbəkələrdə müxtəlif ironik şərhlərlə paylaşılıb.
Bir çox istifadəçilər Lionel Messinin Fransa prezidentinə qalib gəldiyini qeyd edib, bəziləri isə "Nə oldu, Makron, bəs rəqs edirdin" deyə fikirlər səsləndiriblər.