Ucar rayon Pambıqtəmizləmə zavodunda fəhlə işləyən Rəstəcə kənd sakini Xəlilov Vüqar İlqar oğlunun əl barmaqları və qolunu dəzgah kəsmişdir.Nəticədə də Vüqar Xəlilovun iki barmağı üzülmüş, qolunun əti sıyrılaraq ciddi xəsarət almışdır.
Vüqar Xəlilov həmin zavoda yeni işə qəbul edilmiş təlimatlandırılmadan işə cəlb edilmiş əmək təhlükəsizlik qaydaları tədbiri görülmədiyindən faciə ilə üzləşmişdir.Hazırda xəstənin vəziyəti yaxşı olmadığı üçün Bakıda yerləşən xəstəxanaya aparılmışdır.
Ümumiyyətlə şəhərin mərkəzində yaşayış evlərinin əhatəsində havaya daima toz buraxan köhnə avadanlıqlı bu zavodun fəaliyyəti dayandırılmalıdır.Hansı ki, rayonun Qarabörk kəndi ərazisində müasir texnikaları olan böyük bir pambıq email zavodu var.
Bu çox ciddi məsələdir ki, həll edilməsinə zərurət var.Kimsə deməsin ki, bu zavodda çoxlu sayda adam işləyib evinə çörək aparır.Ancaq onuda fikirləşin ki, minlərlə insan isə həmin zavodun havaya buraxdığı tozdan ağır xəstəliyə yoluxur.Təklif odur ki, bu zavod bağlanılsın işçiləri Qarabörk kəndində yerləşən pamıq emalı zavoduna keçirilsinlər.Gecələr var gücü ilə işləyən pambıq zavodun havaya buraxdığı toza baxsanız dəhşətə gələrsiniz. Ciddi fikirləşmək lazımdır.