Rusiya sülhməramlılarına məxsus avtomobillər Xankəndi-Laçın yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edə bilirlər.
Bu gün Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus daha üç təminat avtomobilinin aksiya keçirilən məkandan maneəsiz keçməsinə şərait yaradılıb.
Bu bir daha onu göstərir ki, aksiyanın humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmir.