Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 81 yeni yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 825 231 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 749 nəfər müalicə olunaraq sağalıb, 9989 nəfər vəfat edib, aktiv xəstə sayı 493 nəfərdir.
Ölkədə son sutka ərzində 1475, hazırkı dövrədək isə 7 403 301 test aparılıb.