Dekabrın 15-nə olan məlumata görə, dövlət büdcəsinə vergi daxilolmalarının həcmi ilk dəfə 15 milyard manatı keçib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“Qeyri-neft-qaz sektorundan daxilolmalar isə 7,9 milyard manata çatıb. Qeydə alınan bu rekord göstərici həyata keçirilən mütərəqqi iqtisadi islahatların, səmərəli vergi inzibatçılığı və əlverişli biznes mühitinin təmin edilməsinin, cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinin nəticəsidir. Öhdəliyini dürüst yerinə yetirən vicdanlı vergiödəyicilərinə və Dövlət Vergi Xidmətinin əməkdaşlarına təşəkkürümüzü bildiririk”, - deyə nazir vurğulayıb.