Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin səfirləri Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Sənəd cümə günü yazılı prosedurla, yəni əlavə müzakirələr aparılmadan təsdiqlənəcək.
Bu barədə Çexiyanın sədrlik etdiyi Aİ Şurası tviter səhifəsində məlumat yayıb.
"Səfirlər Aİ-nin Ukraynaya davam edən dəstəyinin bir hissəsi olaraq Rusiyaya qarşı sanksiyalar paketi ilə bağlı prinsipial razılığa gəliblər. Bu, Çexiyanın Aİ Şurasına sədrliyi çərçivəsində razılaşdırılmış üçüncü sanksiyalar paketidir. Bu, həm də ümumilikdə doqquzuncudur. Sənəd sabah yazılı qaydada təsdiqlənəcək”, - məlumatda qeyd olunub.