Türkiyənin Diyarbəkir şəhərində polis avtomobilinin partladılması nəticəsində yaralananların sayı 9-a çatıb.
Bu barədə Diyarbəkir vilayətinin valisi Ali İhsan Su məlumat verib.
Onun sözlərinə görə, xəsarət alan polis əməkdaşlarından 7-si artıq evə buraxılıb, 2 nəfərin müalicəsi davam etdirilir.
Vali, həmçinin hadisəni törətməkdə şübhəli bilinən 2 nəfərin saxlanıldığını açıqlayıb. Bildirilib ki, onlardan biri taksi sürücüsü, digəri isə nəqliyyat vasitəsinə icarəyə götürən şəxsdir.