Qarabağ ermənilərinə verilən qaz təchizatı bərpa edilib.
Bu barədə separatçıların “dövlət naziri” Ruben Vardanyan bildirib.
Ermənilər iddia edirdilər ki, Xankəndiyə verilən mavi yanacaq son günlər azərbaycanlı ekofəalların Laçın yolunda keçirdikləri aksiya fonunda rəsmi Bakı tərəfindən dayandırılıb.
"Azəriqaz" isə bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə təbii qazın Azərbaycan tərəfindən kəsilməsi ilə bağlı açıqlamalar feykdir.
Xəbəri paylaş