Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti açıqlayıb.
Ukrayna ordusu Rusiya tərəfinin şəxsi heyətinə və hərbi texnikasına 13 zərbə endirib.
Bundan başqa, Rusiya ordusunun zenit-raket kompleksinə 5 raket zərbəsi vurulub.
Bildirilib ki, həmçinin son sutka ərzində Rusiya ordusuna məxsus 2 idarəetmə məntəqəsi, yanan maddələrin saxlanıldığı 1 anbar məhv edilib.
Ukrayna SQ Baş Qərargahının yaydığı məlumatda, Rusiya ordusunun Baxmut və Avdeyevsk istiqamətlərində təxribatlara davam etməyə çalışdığı qeyd edilib.
Xatırladaq ki, bu ilin 24 fevralında Rusiyanın Ukrayna ərazilərinə hücumu ilə başlayan müharibə davam etməkdədir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.