Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yeniyetməni intihara məcbur edən şəxsin işi məhkəmədə

Yeniyetməni intihara məcbur edən şəxsin işi məhkəmədə

Xəbər verildiyi kimi, cari il sentyabrın 23-də Yevlax rayon sakini, 2007-ci il təvəllüdlü Ramil Əliyevin (şərti ad və soyad) Yevlax-Bərdə yolunun üzərində yerləşən körpünün üzərinə çıxaraq intihara cəhd etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 299.2-ci (şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə məcbur etmə) maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

 

Yevlax rayon prokurorluğundan  verilən məlumata görə, zərərçəkmişin tanışı Zaur Təhməzovun Ramil Əliyevə sağlamlığına zərər vurmaq hədəsi ilə hədə-qorxu gəlib barəsində məhkəmədə yalan ifadə verməyə məcbur etməsi səbəbindən sonuncunun intihara cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Zaur Təhməzova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib.






Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də