Rusiyanın Anqarsk şəhərində neft emalı zavodunda 2,5 min kvadratmetr sahədə yanğın baş verib.
Bu barədə Rusiya İstintaq Komitəsinin bölgə üzrə İstintaq İdarəsinin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, yanğın nəticəsində 2 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb.
Hadisə yerinə məhkəmə-tibb ekspertləri gəlib. İstintaq zamanı texniki və digər sənədlər götürülür, zəruri ekspertizalar təyin edilir, şahidlər dindirilir.
Yanğının səbəbi barədə məlumat verilməyib.