Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yanukoviçin bütün əmlakı müsadirə edildi

Yanukoviçin bütün əmlakı müsadirə edildi 

Ukrayna Ali Antikorrupsiya Məhkəməsinin (VAKS) qərarı ilə ölkənin eks-prezidenti Viktor Yanukoviçin bütün əmlakı dövlətin xeyrinə müsadirə edilib. 

 Bu  barədə Ukrayna Ədliyyə Nazirliyi məlumat yayıb.

 Ukrayna Yanukoviçə məxsus iqamətgahı, klub, mehmanxana və restoran kompleksini, Obolonska sahilindəki mənzil, dayanacaqları, 31 milyon qevina və 84,9 min dollar pul vəsaitini, 18,7 milyon avroya 537 ədəd mədəni sərvəti (kitablar, nişanlar, rəsmlər, antik mebellər, saatlar, qılınclar, vazalar, silahlar və 19-cu əsrə aid bir top daxil olmaqla) müsadirə edib.

 Müsadirəyə səbəb Yanukoviçin Ukraynaya qarşı müharibədə Rusiya Federasiyasına yardım etməsi olub. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də