Türkiyənin "Baykar" şirkəti tərəfindən hazırlanan ilk pilotsuz döyüş təyyarəsi “Kızılelma”nın ilk sınağı keçirilib.
RegionTV.info xəbər verir ki, məlumatı “CNNTurk” yayıb.
Məlumata görə, sınaq uçuşu uğurla həyata keçib.
“Kızılelma”nın havaya qalxdığı anları paylaşan "Baykar" İdarə Heyətinin sədri Səlcuq Bayraktar sosial şəbəkə səhifəsində belə paylaşım edib: "Daha yerdə saxlaya bilmədik! Allaha şükür!”