Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şahqaya daş karxanasının müdiri işçisini dəmir parçası ilə niyə döyüb?

Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən Şahqaya daş karxanasının sahibi ilə bağlı məhkəmə qərar verib. 

RegionTV.info-nun məlumatına görə, karxananın Zahid adlı sahibi orada maşinist kimi çalışan Zəkəriyyə adlı işçisi ilə aralarında yaranmış mübahisə zəminində sonuncuya bıçaq və dəmir parçası ilə qəsdən bədənin müxtəlif nahiyələrinə zərbələr endirərək, sağlamlığına zərər vurub. 

Zərərçəkmiş Zəkəriyyə adlı şəxs izahat verərək bildirib ki, karxananın müdiri hər dəfə onlara verilməli olan pulu kəsib. Ona görə də karxanadakı ustalar həmişə pullarını tam almayıb. Zahid ilə aralarında əmək müqaviləsi olmayıb. Özü və digər işçilər günəmuzd işləyib. Sahibkar hər dəfə müxtəlif bəhanələr gətirərək, işçilərin pulunu kəsib.

Ümumilikdə karxana sahibinin Zəkəriyyəyə 7000 manat borcu olub. Zərərçəkmiş dəfələrlə sahibkardan pulunu tələb etsə də, Zahid onu hər dəfə ərazidən qovub. Sonuncu dəfə Zahidin ofisinə daxil olaraq borcunu istəyəndə isə sahibkar bıçaqla ona xəsarət yetirib. Ardınca isə Zahid dəmir parçası ilə onun baş və kürək nahiyəsinə zərbələr endirib.

Məhkəmənin qərarı ilə sahibkar Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1500 manat məbləğində cərimə cəzasına məhkum edilib. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də