UEFA İcraiyyə Komitəsi koronavirus pandemiyasının Avropa ölkələrinə təsirini nəzərə alaraq, bir sıra turnirlərlə bağlı qərarlar qəbul edib.
"Report" həmin qərarları təqdim edir.
2020/2021-ci il mövsümü üçün qızlar və oğlanlardan ibarət milli komandalar arasında turnirlər
U-17 (qızlar) – ləğv olunur
U-17 (oğlanlar) – ləğv olunur
U-19 (qızlar)
- Seçmə mərhələ oyunları – 2021-ci il, aprel (12 mini-turnir)
- play-off (14 komanda) – 2021-ci il, iyun
- final mərhələsi (Belarus. 2021-ci il, 21 iyul – 2 avqust)
U-19 (oğlanlar)
- Seçmə mərhələ oyunları – 2021-ci il, mart (13 mini-turnir)
- play-off (14 komanda) – 2021-ci il, may/iyun
- final mərhələsi (Rumıniya. 2021-ci il, 30 iyun – 13 iyul)
Turnirlərin əsasnaməsi təsdiq üçün UEFA İcraiyyə Komitəsinin 2021-ci ildə keçiriləcək ilk iclasında təqdim olunacaq.
U-19 Avropa çempionatı – 2021/23
U-19-lar arasında Liqa sistemi ilə çempionatın yeni seçmə mərhələsi 2022/2024 mövsümünə keçirilib.
Futzal U-19
Futzal üzrə ikinci U-19 Avropa çempionatı 2021/2022-ci il mövsümünə keçirilib.