2022-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artaraq 827,9 manat təşkil edib.
RegionTV.info xəbər verir ki, əmək haqqı neft-qaz sektorunda 3409,2 manat, qeyri neft-qaz sektorunda 778,5 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 780,7 manat, özəl müəssisələrdə isə 880,9 manat təşkil edib.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.