Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənilərin Azərbaycan vətəndaşlığını qəbul edəcəyi gün yaxınlaşır - Nə Rusiya, nə də Fransa ...

RegionTV.info

"Qarabağdakı filiz yataqlarının talanmasına cavab olaraq Azərbaycanlı fəalların, ekoloqların və s. Şuşa-Xankəndi yolundakı etiraz aksiyası Laçın yolunun bağlanmasına səbəb oldu. Yolu isə Azərbaycan yox, məhz Rusiyanın hərbi kontingenti bağladı".

Bunu  açıqlamasında Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, hərbi ekspert Aqil Rüstəmzadə bildirib.

O qeyd edib ki, Ermənistanı dəstəkləyən dövlətlərin Azərbaycana qarşı əvvəlki təzyiq imkanları qalmayıb:

"Laçın yolunun bağlanması ilə Rusiyanın "sülhməramlı" kontingentinin nəzarətində olan Azərbaycan ərazilərinin Ermənistanla əlaqəsi kəsilib. Mən Qarabağda yaşayan ermənilərə məsləhət vermək istəyirəm:

Bu ərazi sizi yaradan, gücləndirən və dəstəkləyən dövlətlər - Rusiya Federasiyası, İran, Fransa müxtəlif səbəblərdən hər ötən gün Azərbaycana qarşı əvvəlki təzyiq imkanlarını itirirlər.

Bu bölgədə sizin aranızdan vətəndaşlığımızı qəbul etməyə razı olanlar və bizə qarşı silah tutmayan ermənilər vətəndaşımız kimi azad yaşaya biləcək. Qalanları indidən ya xoşbəxtliyi başqa ölkələrdə axtarsınlar, ya da Azərbaycana qarşı revanş istəyindən əl çəkməyəcəkləri təqdirdə o dünyaya göndəriləcəklər.

Rus sülhməramlılarını da əmin edə bilərəm ki, bunun üçün artıq bir il yox, artıq aylar qalıb. O gün də gələcək".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də