Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xarici dil biliyi Şaxta baba biznesində də qiymət fərqi yaradıb - VİDEO

RegionTV.info

Yeni ilin əsas simvollarından sayılan Şaxta baba obrazının builki qiymətlərinə keçməmişdən öncə bəzi məqamlara toxunaq. Qərb ölkələrində Şaxta baba olmaq üçün bəzi şərtlər var.

Əvvəla, şirkətlər tərəfindən vakansiya elan olunur. Sözügedən personajı canlandıran şəxslərin öncə məhkumluğu yoxlanılır. Əgər onların bədənlərinin görünən nahiyələrində tatu varsa, bu, mütləq gizlədilməlidir.

Ölkəmizdə isə Şaxta baba olmaq üçün xüsusi tələblər yoxdur. Ayrı-ayrı şəxslər fərdi şəkildə bu cür xidmətlər təklif edirlər. Bununla belə, qiymətlər kifayət qədər yüksəkdir.

Baku TV-nin əməkdaşının araşdırmasından məlum olub ki, ötən illə müqayisədə Şaxta baba şoularının qiymətində 30-50 faiz artım var. Qiymətlər, əsasən, personajların sayına, tədbirin müddətinə və şoulara, həmçinin proqramın hansı dildə aparılacağına görə də dəyişir. Belə ki, rus dilində nəzərdə tutulan şou-proqram 20-30 manat daha baha təklif edilir.

Qiymətlərə təsir edən amillərdən biri də ayın tarixidir. Belə ki, əgər Şaxta baba və Qar qız dekabrın 29-u dəvət olunacaqlarsa, qiymət bir qədər aşağı olacaq. Amma valideynlər bu personajları 30-31 dekabrda dəvət etmək istəyirlərsə, bu zaman qiymətlərdə də müəyyən qədər fərq olacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də