Dekabrın 14-də Ukrayna ilə Rusiya arasında hərbi əsirlərin növbəti mübadiləsi aparılıb. Ukrayna Silahlı Qüvvələrinin daha 64 hərbçisi Rusiyada əsirlikdən qaytarılıb.
Bu barədə Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermakın teleqram-kanalına istinadla xəbər verir.
Əsirlikdən azad edilmiş döyüşçülər arasında Donetsk və Luqansk istiqamətlərində vuruşmuş, o cümlədən Baxmutun müdafiəsində iştirak etmiş zabitlər, sıravi əsgərlər və serjantlar var.
Ukrayna Silahlı Qüvvələrinə kömək edən ABŞ vətəndaşı Suedi Murekezini də azad etmək mümkün olub. Bundan əlavə, həlak olmuş 4 nəfərin cəsədləri qaytarılıb.
Daha əvvəl, dekabrın 6-da Ukrayna 60 nəfər Vətən müdafiəçisini əsirlikdən qaytarıb.