Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçılarından olan həmyerlimiz ilə Rusiya sülhməramlısı arasında keçən qısa dialoq diqqət çəkib.
RegionTV.info xəbər verir ki, Yusif adlı gənc aksiya zamanı Rusiya sülhməramlısı ilə göz-gözə gəlib. Bu zaman sülhməramlı əlini onun çiyninə qoyaraq qulağına “İnşallah, Qarabağ Azərbaycandır!” cümləsini işlədib.
Həmin anlar ATV-nin kamerasına tuş gəlib.