Bərdədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
RegionTV.info-nun məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə bu gün səhər 11 radələrində baş verib.
Belə ki Bərdə Rayon Polis Şöbəsinin əməkdaşı R.Hadıyev idarə etdiyi özünəməxsus “Kia” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən qəflətən yola çıxan piyada, ikinci qrup əlil, 1961-ci il təvəllüdlü Surxay Şahbazovu vurub.
Sürücü dərhal xəsarət almış piyadanı xəstəxanaya çatdırıb. Həkimlərin səylərinə baxmayaraq, S.Şahbazov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.