Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nazir birdəfəlik ödəmə alan I Qarabağ əlillərinin sayını AÇIQLADI

Nazir birdəfəlik ödəmə alan I Qarabağ əlillərinin sayını AÇIQLADI

1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin və onlardan vəfat edənlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatına bu il avqustun 2-də  başlanıb.

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN)  verilən məlumata görə, bu barədə işlərin əlaqələndirilməsi məqsədilə aidiyyəti qurumların rəhbər şəxslərindən ibarət olmaqla yaradılmış Komissiyanın iclasında bildirilib.

 Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən icra olunan yeni sosial dəstək proqramı dövlət başçısının müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşlara xüsusi qayğısının növbəti təzahürüdür.

 Qeyd olunub ki, Fərmana əsasən yaradılmış Komissiyada təmsil olunan qurumlar tərəfindən  proqramın icrası, müvafiq siyahıların təqdim edilməsi, eləcə də dürüstləşdirilməsi istiqamətində birgə, əlaqəli şəraitdə müsbət iş təcrübəsi formalaşıb. Bu da proqramın öz hədəflərinə doğru məqsədəuyğun icrası üçün vacib amil olub.

 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş artıq 16 659 şəxs üzrə birdəfəlik ödəmə verilib. Onlardan 1017 nəfərin vərəsəsinə bu ödənişlər həyata keçirilib, həmin ödənişlər üçün 105,7 milyon manat vəsait yönəldilib.

 Birdəfəlik ödəmələrin operativ şəkildə və e-sistem üzərindən proaktiv qaydada təyin edilərək onların bank hesablarına köçürülməsi, bu barədə çevik və ətraflı məlumatlandırılmaları, daxil olan müraciətlərin dərhal qeydə alınaraq icra üçün yönləndirilməsi və s. təmin edilib və bu proses vətəndaşlar tərəfindən də razılıqla qarşılanıb.

 İclasda proqramın icrası sahəsində görülən işlər müzakirə olunub.








Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də