Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zatulin yenə Azərbaycana qarşı çıxış etdi

Zatulin yenə Azərbaycana qarşı çıxış etdi

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Laçın yolunda baş verən son hadisələrlə əlaqədar Azərbaycanı ittiham edib.
Konstantin Zatulin ənənəsinə sadiq qalaraq, Ermənistanın mövqeyindən çıxış edib.
Azərbaycanlı ekofəallar və QHT nümayəndələrinin Laçın yolundakı etiraz aksiyasını pisləyən Zatulin “ümid edirəm ki, Rusiya sülhməramlıları vəziyyəti düzəldəcək, Laçın yolunu açacaqlar” deyib.

“Təbii ki, Rusiya sülhməramlıları məsələni atışmalara və silahlı münaqişəyə qədər genişləndirmək istəmirlər, bu, arzuolunan deyil, çünki bunun böyük mənfi nəticələri olacaq, lakin eyni zamanda, onlar öz prinsipial mövqelərini hansısa formada dəyişmirlər. Bildiyimə görə, sülhməramlıların qarşısında Dağlıq Qarabağı Ermənistanla birləşdirən avtomobil yolunun fəaliyyətini təmin etmək vəzifəsi var. Onlar buna nail olacaqlar və mən onlara uğurlar arzulayıram, Dövlət Dumasının deputatı kimi onlara bu işdə bacardığım qədər dəstək verməyə hazıram”, - Zatulin əlavə edib.







Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də