Dekabrın 12-də saat 18 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini A.Ağaquliyev idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən qəsəbə sakini U.Bağırovu vurub.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Nəticədə piyada hadisə yerində ölüb. Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.