Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Laçın yolunda etirazçıların sayı ARTIR

Laçın yolunda etirazçıların sayı ARTIR

Azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirdiyi aksiya dünəndən bəri davam edir.

 Aksiya iştirakçılarından biri olan QHT rəhbəri, jurnalist Elməddin Muradlı etirazlarla bağlı son durumu  açıqlayıb. Onun sözlərinə görə, etirazçıların sayı getdikcə artır:

“Dünən günortadan sonra aksiyaya dəstək üçün gələnlərin sayı artmağa başlayıb. Xüsusilə də, Şuşada işləyən, vaxtilə burada döyüşən qazilərimiz də bizə qoşulmuşdular. Gecə saatlarında təxminən 400-ə yaxın adam vardı. Hələ də aksiyamız fasiləsiz davam edir. Gənclər təşkilatlarından, digər QHT-lərdən bizə qoşulanlar var. Hazırda 200-ə yaxın ictimai fəal aksiya yerindədir”. 


E.Muradlı vurğulayıb ki, aksiya məqsədinə çatana qədər davam edəcək:

 

“Həm dəstəyimiz, həm də təminatımız yaxşıdır. Tələblərimiz yerindədir. Şüarlarımızı səsləndiririk. Tələblərimiz mədənlərin dağıdılıb, talan edilməsinin dayandırılmasına yönəlib. Sülhməramlıların komandanı general-mayor Andrey Volkov aksiya iştirakçıları ilə görüşməlidir. O, bizim monitorinq qrupumuzu, ekoloqları həmin əraziyə təhlükəsiz şəkildə aparmalıdır. Əks halda aksiya davam edəcək. Yəni tələblərimiz yerinə yetirilməzsə, aksiya dayanmayacaq”.

 

Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa-Laçın yolunda aksiyanı davam etdirir.

 

Ötən gün başlayan aksiyaya qoşulanlar ekoloji terror, yataqların qanunsuz istismarının əleyhinə şüarlar səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər. Lakin rusiyalı general hələ də aksiya yerinə gəlməyib.





Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də