Niderlandın Raysvik şəhərində mer seçilən türk əsilli qadın siyasətçi Huri Şahin and içərək vəzifəsinin icrasına başlayıb.
Türkiyənin Adana şəhərindən olan 47 yaşlı H.Şahin Raysvik əhalisinə təşəkkür edib.
Ailəsinin 1960-cı illərdə işçi kimi Niderlanda miqrasiya etdiyini bildirən siyasətçi insanların ehtiyaclarının diqqət mərkəzində saxlanılacağını vurğulayıb.
“Niderlandda ilk türk mer olmağımla qürur duyuram”, - deyə Şahin bildirib.
Qeyd edək ki, Niderland parlamentində də türk əsilli ölkə vətəndaşları təmsil olunurlar.