Türkiyənin Çanaqqala vilayətində 4,3 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 06:21-də Biga rayonunda qeydə alınıb. Zəlzələnin ocağı 12,12 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar İstanbul, Balıkəsir və Bursa vilayətlərində də hiss olunub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.