Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Sizinlə qürur duymaq üçün səbəbimiz var” - Angela Merkel Türk alimləri ilə görüşdü...






Almaniya Kansleri Angela Merkel koronavirus peyvəndi tapan “BioTech” firmasının qurucuları Uğur Şahin və Özləm Türəci ilə görüşüb.

Kansler türk elm adamlarının qazandıqları uğurlardan qürur duyduğunu söyləyib. “Sizinlə qürur duyuruq. Bunu hökumətimiz adına deyə bilərəm”, - Merkel qeyd edib.

Merkel Uğur Şahin və Özləm Türəcinin tapdıqları peyvəndin insan həyatı üçün əhəmiyyətinə diqqət çəkib və bunun sayəsində COVID-19 səbəbiylə ölkədə ölüm nisbətinin azalacağına ümid etdiyini bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın G-20 sammitində Uğur Şahin və Özləm Türəcinin türk kökəni haqda fikirlərinə diqqət çəkən Merkel bu səbəbdən xoşbəxt olduğunu deyib.

O, bu gün Uğur Şahin və Özləm Türəcinin firmasının dünyada diqqət mərkəzində olduğunu, vaxtilə kimsənin onların uğur qazanacaqlarına inanmadıqlarını söyləyib:

“Siz isə özünüzə inandınız. Bu, böyük bir tədqiqatın müvəffəqiyyətli nəticəsidir. Elmə inanmalı və dəstəkləməliyik”. Almaniyanın səhiyyə naziri Yens Span da, bu kəşfə görə türk elm adamları ilə qürur duyduqlarını deyib: “İndi qürur duymağımız üçün səbəbimiz var”. (teleqraf.com)

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də