Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zelenski G7 liderlərindən qaz və silah İSTƏDİ

Zelenski G7 liderlərindən qaz və silah İSTƏDİ 

Ukrayna prezidenti Volodimir Zelenski G7 ölkələrinin liderləri ilə görüşündə qaz təchizatı ilə bağlı kömək istəyib. 

Zelenski çıxışı zamanı G7 ölkələrini Ukraynaya dəstəyi davam etdirməyə çağırıb.

 Onun sözlərinə görə, enerji obyektlərinin atəşə tutulması və dağıdılması səbəbindən Ukraynaya əlavə 2 milyard kubmetr qaz lazım olacaq.

 Zelenski vurğulayıb ki, müharibənin inkişafı fonunda ölkənin yeni silahlara, o cümlədən müasir tanklara və artilleriyaya ehtiyacı var. O əlavə edib ki, 2023-cü ildə Ukrayna maliyyə, enerji və sosial sabitliyi qoruyub saxlamalıdır.

 “Mən qaz məsələsində Ukraynaya daha çox kömək etməyi xahiş edirəm. Elektrik stansiyalarında yaranan problemlər planda olduğundan artıq qazdan istifadə etməyimizə səbəb olub. Ona görə də bu qış bizim əlavə dəstəyə ehtiyacımız var”, - deyə Zelenski çıxışı zamanı bildirib. 

 Ukraynanın energetika naziri German Qaluşenko isə G7+ enerji üzrə koordinasiya qrupunun iclasında iştirak edib. O vurğulayıb ki, həftəsonu 1,5 milyon insanın işıqsız qaldığı Odessa vilayətində enerji vəziyyəti kritik olaraq qalır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də