Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Monteneqroda polislə etirazçılar toqquşdu - Yaralılar var

Monteneqroda polislə etirazçılar toqquşdu - Yaralılar var

Monteneqroda prezidentin səlahiyyətlərinin azaldılmasına etiraz edən aksiyaçılarla polis əməkdaşları arasında toqquşma olub.

 Bu barədə yerli RTCG telekanalı məlumat yayıb.

 Aksiya iştirakçıları polis əməkdaşlarına daş, butulka və pirotexniki vasitələr atıb, həmçinin gözyaşardıcı qazdan istifadə ediblər. Polis də cavab olaraq gözyaşardıcı qaz tətbiq edib.

 Toqquşma nəticəsində bir neçə polis əməkdaşı yaralanıb. Polisdən bildiriblər ki, onlar ciddi xəsarət almayıblar. Qarşıdurma nəticəsində parlament binasına da ziyan dəyib, dəymiş ziyanın həcmi açıqlanmayıb.

 Məlumat üçün bildirək ki, dekabrın 12-də Monteneqro parlamenti prezident haqqında qanuna dəyişiklik edərək dövlət başçısının səlahiyyətlərini azaldan düzəlişləri qəbul edib. Sənəd ikinci dəfədir qəbul edilir, lakin qanun layihəsini ölkə prezidenti imzalamalıdır. Bundan əvvəl prezident qanunun birinci variantını imzalamaqdan imtina edib.

 Etirazçılar qanuna dəyişikliklərin konstitusiya quruluşunu çökdürəcəyini hesab edirlər. Onlar ölkədə yolları bağlayacaqlarına söz veriblər və dekabrın 17-də şənbə günü böyük etiraz aksiyası elan ediblər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də