Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xankəndi yolunda aksiya hələ də davam edir - FOTOLAR

Xankəndi yolunda aksiya hələ də davam edir - FOTOLAR

Azərbaycanın qeyri-hökumət təşkilatlarını (QHT) təmsil edən bir qrup şəxs və ictimai fəalların Şuşa-Xankəndi yolunda başlatdıqları etiraz aksiyası 12 saatdan çoxdur ki, davam edir.

Aksiya iştirakçıları irəli sürdükləri tələblər yerinə yetirilənə qədər etirazları davam etdirəcəklərini bildiriblər. 

 Etirazçılar Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi, ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı şüarlar səsləndiriblər. Bundan əlavə, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı böyük əks-səda doğurub.

 Məlumata görə, etirazçılara Qarabağın bərpa-quruculuq layihələrində çalışan Türkiyə vətəndaşları da qoşulub. Aksiyanın keçirildiyi ərazidə Azərbaycan və Türkiyə bayraqları qaldırılıb, Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı səsləndirilib.

 Qeyd edək ki, aksiya Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekoloji vəziyyətin gərginləşməsi ilə əlaqədardır. Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb edirlər. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də