Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Müvafiq qərar təşkilatın rəsmi jurnalında dərc olunub.
Məlumata görə, sanksiyalar İranda etiraz aksiyalarının güc yolu ilə yatırılması və Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükü ilə əlaqədardır.
Belə ki, İrandan olan 24 fiziki və 5 hüquqi şəxs "qara siyahı"ya salınıb.