Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Putin Paşinyana başsağlığı verdi: "Dərdinizi və kədərinizi ürəkdən bölüşürəm..."






Rusiya Prezidenti Vladimir Putin atasının vəfatı ilə əlaqədar Ermənistanın baş naziri Nikol Paşinyana başsağlığı verib.

Virtualaz.org bildirir ki, xəbəri "Sputnik-Ermənistan" yayıb.

Rusiya liderinin başsağlığı teleqramında deyilir: 

"Hörmətli Nikol Vovayeviç, xahiş edirəm Vova Nikolayeviçin vəfatı ilə əlaqədar başsağlığı diləyimi qəbul edin. Ata ölümü ağır, əvəzsiz bir itkidir․ Dərdinizi və kədərinizi ürəkdən bölüşürəm. Bu çətin saatlarda sizə, ailənizə və dostlarınıza cəsarət və möhkəmlik diləyirəm".

Xatırladaq ki, erməni baş nazirinin atası 16 dekabrda,  80 yaşında dünyasını dəyişib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də