Dünyada qismən tanınan Kosovo hakimiyyəti 2022-ci ilin noyabrında Avropa İttifaqına (Aİ) üzvlük üçün ərizə hazırlayıb. Ölkə dekabrın 15-də ittifaqa daxil olmağı planlaşdırır.
Bu barədə Kosovo Radio və Televiziya qurumu məlumat yayıb.
Bildirilir ki, Kosovo əhalisinin 90%-dən çoxu təşkilata daxil olmağı dəstəkləyir.
Ərizəyə əsasən, Aİ-yə üzvlük respublika üçün strateji məqsəddir. Kosovo hakimiyyəti hesab edir ki, Aİ-yə daxil olmaq barədə qərarı respublikanın müstəqilliyini tanımayan ayrı-ayrı ölkələr deyil, təşkilatın özü verəcək.
Bu günə qədər Kosovonu 60-dan çox ölkə, o cümlədən Aİ üzvləri - İspaniya, Kipr, Yunanıstan, Slovakiya və Rumıniya tanımır.