Goranboyda dəm qazından boğulma qeydə alınıb.
Hadisə rayonun Tapqaraqoyunlu kəndində baş verib.
Belə ki, kənd sakini Elşad Süleymanov evinin hamam otağında dəm qazından boğularaq ölüb.
Onun "Azəriqaz"ın Tikinti Departamentinin sürücüsü olduğu bildirilir.
Hazırda faktla bağlı araşdırma aparılır.