Dekabrın 9-da saat 19 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Şərur rayon sakini M.Tağıyev idarə etdiyi “Otokar” markalı 85 saylı sərnişin avtobusu ilə qəsəbə sakini Ə.Kubarovu vurub.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Nəticədə piyada hadisə yerində ölüb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.