Bakı metrosunda Hacıqabul rayon sakini olan bir qadın çantasından içərisində pulu olan cüzdanının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Samir Nəcəfov müəyyən olunaraq saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.