Kreml rəhbəri Vladimir Putin Rusiyanın Ukraynada apardığı müharibənin müddəti haqqında danışıb. Putin qeyd edib ki, uzun proses müharibə deyil, Ukraynadakı vəziyyətin nizamlanmasıdır.
Putin müharibənin uzanmasından narahat olmadığını göstərməyə çalışıb:
“Heç bir problem yoxdur. Rusiya Federasiyasının Müdafiə Nazirliyi özünü şəffaf aparır - hesabatlarda hər şey öz əksini tapıb. Bütövlükdə nizamlanma prosesinə gəlincə, bəli: bu, yəqin ki, asan olmayacaq, müəyyən vaxt aparacaq”.
Bundan əvvəl Putin Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının nəticələrinin görünməsini uzun proses adlandırmışdı. “Əlbəttə, bu uzun proses ola bilər”, - deyə dövlət başçısı bildirmişdi.