Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürüldü


Mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürüldü

9 dekabrda TÜRKSOY-un 2022-ci il "Bursa- Türk mədəniyyət paytaxtı ili"nin rəsmi bağlanış mərasimi keçirilib.

 

Şuşa Dövlət qoruğu idarəsinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən  verilən xəbərə görə, tədbirin bağlanış mərasimində mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürülüb. Simvol Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova Bursa Böyükşəhər bələdiyyə rəhbəri Alinur Aktaş tərəfindən təhvil verilib.

 

TÜRKSOY-un baş direktoru Sultan Rayev, Türk Dövlətləri Təşkilatının baş direktoru Kubanıçbek Ömüraliyev, Bursa valisi Yakub Canbolat, Bursa Böyükşəhər bələdiyyə rəhbəri Alinur Aktaş çıxışlarında zəngin tarixi və mədəni irsin beşiyi, dahi şəxsiyyətlərin vətəni, keçilməz qala olan Şuşanın "2023-cü il Türk dövlətlərinin mədəniyyət paytaxtı" elan olunmasını tarixin yeni və möhtəşəm səhifəsi adlandırıblar.

 

Çıxış edənlər bu hadisənin ümidverici, qürurlu və çox böyük önəm daşıdığını xüsusi qeyd ediblər.


























Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də